div style='text-align: left;'> -->

3 Mayıs 2017 Çarşamba

Ən nəhəng kruiz gəmiləri


Ən nəhəng kruiz gəmiləri

Bu dəfə sizi dünyanın 10 ən nəhəng kruiz layneri ilə tanış etmək niyyətindəyik.

1. Princess Diamond
Bu gəminin çəkisi 116 min tondur, Onun uzunluğu 294 metrdir. Bu kruiz laynerinin göyərtəsinə 2670 adam yerləşə bilər. Bu laynerin sahəsi Bukinqem sarayının sahəsindən 10 dəfələrlə böyükdür. Gəmidə 700-dən çox eyvanlı yüksək sinfə məxsus kayuta vardır.

2. Carnival Dream
Bu laynerin çəkisi 130 min tondur. Onun uzunluğu isə 306 metrdir. Bu gəmidə 3646 sərnişin səyahət edə bilər. Bu gəmini üzən lunapark adlandırmaq olar, onun tərkibində həmçinin bir neçə kinoteatr vardır.

3. Voyajer of the seas
Bu gəminin çəkisi 138 min ton təşkil edir, onun uzunluğu 311metrdir. Gəmidə sərbəst şəkildə 3114 sərnişin hərəkət edə bilər. Bu laynerin göyərtəsində katok, telestudiya, qolf üçün mini meydan və digər əyləncə mərkəzləri vardır

4. Celebrity Eclipse
Bu nəhəng layner 112 ton ağırlığındadır, uzunluğu isə 315 metrə çatır, bu isə dörd ədəd Boinq 747-dən daha uzun bir ölçü deməkdir. Gəmidə kroket və boççe oyunları keçirmək üçün xüsusi meydançalar vardır, amma ümumilikdə onların sayı 19-dur.

5. Norwegian Epic
Gəminin çəkisi 156 min tondur, onun uzunluğu -329 metrdir. Kruiz layneri 4100 sərnişin tutur. Gəminin göyərtisində nömrələrə 24 saat ərzində pizza çatdırılması xidməti fəaliyyət göstərir.

6. Splendida
Laynerin ağırlığı 137 min ton təşkil edir, uzunluğu isə 338 metrdir. Onun sərnişin tutumu isə – 3274 insana bərabərdir. Laynerin ümumi məkanının həcmi yarım milyon kvadrat metr edir, bu isə Eyfel qülləsinin ümumi məkanın həcmindən daha çox edir .

7. Freedom of the Seas
Laynerin çəkisi 169 min ton, uzunluğu isə 339 metr təşkil edir. Göyərtədə 3634 sərnişin yerləşə bilər. Bu gəmi üzən su parkına oxşayır, belə ki, onun göyərtəsində bütün mümkün su əyləncə növləri yerləşir: burada su xizəkləri, çoxlu hovuzlar, cakuzi, dalğa emulyatoru, aquapark, uşaqlar üçün katok və s yerləşir.

8. Disney Dream
Bu kruiz laynerinin çəkisi 130 min tondur, uzunluğu isə 340 metrdir. Disney Dream gəmisinə 2500 insan yerləşir və demək olar ki, Disneylendin su məkanındakı təkrarıdır. Onun göyərtəsində nəhəng kinoteatr və aquapark yerləşir.

9. Queen Mary II.
Bu kruiz gəmisinin çəkisi isə 151 400 tondur, uzunluğu 345 metrə çatır. Göyərtəsində 2640 sərnişin rahat yerləşə bilər. Gəminin uzunluğunu 80 turist avtobusunun uzunluğu ilə müqayisə etmək olar.

10. Royal Carribean -Oasis of the Seas.
Bu su nəhənginin uzunluğu 361 metr təşkil edir, onun ağırlığı isə 223 tondur. Maksimal komfort şəraitində 5,4 min sərnişin yerləşə bilər. bu gəmi öz ölçülərinə görə Panama kanallında keçə bilmir. Gəminin göyərtəsi əyləncələr parkını xatırladır, burada hər gün əyləncəli şoular qeyd olunur