div style='text-align: left;'> -->

4 Mayıs 2017 Perşembe

Hamiləlik zamanı səyahət

Managing your emotions


Hamilə olarkən səyahət etmək təhlükəsizdir?
Hamiləlikdə səyahət etmək haqqında düşünürsünüzsə, siz hamiləliyinizlə yanaşı, səyahət tarixlərindən əvvəl dünyaya gələrsə körpənizi də əhatə edən səyahət siğortası axtarmalısınız. Bəzi analara görə, ikinci trimester səyahət etmək üçün ən asan vaxtdır, çünki onların enrjiləri çoxdur və səhər ürəkbulanmaları adətən bitmiş olur. Xarici ölkəyə getmək və ya evinizə yaxın bir yerdə istirahət etməyinizdən asılı olmayaraq, analıq qeydlərinizin hər zaman sizinlə olmasından əmin olun.


Hamiləlikdə gəmi və təyyarə ilə səyahət etmək
Birinci və ikinci trimesterdə səyahət etmək tamamilə təhlükəsizdir. Buna baxmayaraq, bütün hamiləliklər fərqlidir, ona görə də, biletlərinizi sifariş verməzdən əvvəl həkiminizdən "hamiləlik zamanı səyahət etmək təhlükəlidirmi?" sualını soruşun. Əgər geri qayıtma tarixi sizin 28 və 32-ci hamiləlik həftənizə düşürsə, hava yolları şirkəti sizdən həkiminizin uçmaq üçün uyğun olduğunuz haqqında təsdiq məktubunu tələb edə bilər. Hamiləlikdə hava ilə səyahət etmək haqqında qaydalar şirkətdən şirkətə dəyişir, buna görə də, sifariş etməzdən əvvəl yoxlayın.

Hamiləlik zamanı təyyarə ilə səyahət etmək
Hamiləlik zamanı təyyarə ilə səyahət və ya uzun maşın, avtobus və ya qatar səyahəti qalın damar trombozu (DVT) təhlükəsini artırır, lakin, bunun baş verməsi təhlükəsi yenə də azdır. Təhlükəni azaltmaq üçün aşağıda bəzi məsləhətlər verilmişdir:
  • Rahat Ayaqqabılar geyinin və hər hansı uzun səyahətdə "DVT-ə qarşı" uçuş corablarından istifadə edin.
  • Uçuşda mümkün qədər rahat olma üçün hamiləlik balşınızıözünüzlə götürün
  • Koridorda hər bir saatda yuxarı aşağı gəzin ki, qan dövriyyəsi yaxşılaşsın, lakin oturacaqlardan tutaraq balansı saxlayın.
  • Əgər oturacağınızda oturmalısınızsa, səyahət ərzində ayaqlarınızı yuxarı aşağı qaldıraraq rahatlaşdırın.
  • Hidratlaşdırılmış qalmaq üçün çoxlu maye qəbul edin, lakin, kafeinli içkiləri qəbul etməyin.
  • Əgər 12 həftəlik hamiləlikdən az müddətiniz varsa bəzi gəmi şirkətləri tibbi məsləhətə müraciət etməyinizi və əgər 28 həftədən artıqsınızsa tibbi sertifikat göstərməyinizi istəyirlər. Buna görə də, yaxşısı budur ki, bilet sifariş etməzdən əvvəl şirkəti ikiqat yoxlayasınız.
Hamiləlik zamanı maşın ilə səyahət
Bir çox qadınlar narahatdırlar ki, kəmər taxmaq körpələrini sıxacaq və hətta, inanırlar ki, hamilə qadınlar qanuna görə kəmərsiz maşın sürməyə icazəlidirlər. Bu tamamilə yanlışdır və həmçinin, təhlükəlidir. Buna görə də, həmişə kəmər taxın və əmin olun ki, aşağı kəmər sizin qarnınızdan aşağıda çanağın ətrafında, çiyin kəməri isə qarnınızdan yuxarıda döşlərinizin arasındadır. 

Digər narahatçılıq isə hava yastıqlarının təhlükəsiz olması barədədir. Ümumiyyətlə bəli, lakin onun qarnınızdan uzaqda olmasını təmin etmək üçün, oturacağınızı paneldən və ya sükandan arxaya çəkə (və ya sükanı yuxarı qaldıra) bilərsiniz.

Hamiləlik zamanı səyahət üçün məsləhətlər:
  • Tibbi siğorta əldə edin 
  • Bütün tibbi qeydlərinizi və siğortanızı özünüzlə götürün
  • Prenatal vitaminlərinizi və fol turşusu qida vasitələrini çantaya qoyun.
  • Həkiminiz və səhiyyə işçiniz daxil olmaqla bütün təcili əlaqə adlarını və nömrələrini özünüzlə daşıyın.
  • Qalacağınız yerin yaxınlığında olan xəstəxanaların yerlərini qeyd edin.
  • Günəşdən qorunma kremini normadan artıq götürün və günəş altında uzun müddət qalmayın, çünki hamiləlik zamanı dəriniz daha həssas olur.
  • Tərkibində DEET olan ağcaqanadlara qarşı dərmanlardan istifadə etməyin. Sitronela yağı kimi təbii əvəzedicilərdən istifadə edin. Yaxşısı budur ki, hansı dərmanların istifadəsinin təhlükəsiz olduğunu həkiminizdən öyrənəsizin.
  • Su altına girməyi və su idman növləri ilə məşğul olmayın.
  • Böyük ehtimal səyahət xəstəliyindən əziyyət çəkə bilərsiniz, ona görə də, səyahət xəsyəliyinə qarşı bantlarından və ya çırtlamaq üçün kristallaşdırımış zəncəfildən istifadə edin.
  • Yükünüzü yüngül saxlayın. Hamiləlik zamanı siz ağır yüklər daşımamalısınız.
  • Çoxlu su için və bəzi sağlam yüngül qəlyənaltıları çantaya qoyun.