div style='text-align: left;'> -->

15 Haziran 2017 Perşembe

Vlog: 3 gündə Dubayda başıma gələnlər


Vlog: 3 gündə Dubayda başıma gələnlər

Əziz dostlar, Qısa ziyarətimin səbəbi iş barədə olduğu üçün, fürsət tapıb, qısa vloqlar da çəkdim. Videoları birləşdirdikdə isə, belə böyük həcmli video alındı. İlk dəfə belə vloq çəkdiyim üçün təcrübəsizlik çox alınsa da, ümid edirəm, bəyənərsiniz...

Dubaya birinci enərkən, ucsuz-bucaqsız Dubay aeroportundən hardasa 20 dəqiqə gederək, qatara mindim və birbaşa "Baniyas" (بانياس) stansiyasına çatdım. Bu metro qaldığım otelə daha yaxın idi. 

BƏƏ-nin ürəyi sayılan Dubay şəhərinin Deyra Siti məntəqəsindəki "Gulf Star" otelində qaldım. Otel 2 ulduz olduğu üçün geniş imkanları yox idi. Oteldə işləyənlər, ümumiyyətlə, qaldığım yerdə ərəb az-maz idi. Demək olar ki, hər gün Pakistan, Hindistan, Malayziya, Əfqanıstan, İndoneziya, Vyetnam və s. Asiya ölkələrindən olan insanlarla ünsiyyətdə olurdum.

Tur-proqramsız turpaket aldığım üçün bütün yerlərə özüm getməli oldum. İctimai nəqliyyatdan ən çox metrodan istifadə edirdim. Dubayın metroları çox lyuks idi. Əvvəlcə metro kartı almaq üçün, 20 AED ödədim. Hər stansiya üçün ayrıca pul ödənməli, çıxışda da kartı aparata salıb, metrodan çıxmağın haqqında məlumat verilməli.

Yerləşdiyim məntəqədə yerləşən "Union" (الاتحاد) stansiyası ilə demək olar ki, yolu rahatca tapa bilirdim. "Google Maps" vasitəsilə yolda azarkən çox asan şəkildə yolları tapdım.

Tur boyu Dubayın bütün əsrərəngiz yerlərini, "Dubai Mall", "Emirates Towers", "Dubay Marine", "Burj Al-Khalifa", "Business Bay", "Financial Centre", "Mall of the Emirates", "Khalid Bin Al Waleed", "Noor Bank", "Nakheel (Emirates Golf Club)", " Jumeirah Lake Towers Stations" və s. kimi bütün yerlərini gəzdim.