div style='text-align: left;'> -->

3 Mayıs 2017 Çarşamba

Muzeylərə giriş və ekskursiya biletlərində qiymət dəyişikliyi ediləcək – BAHALAŞMA

Muzeylərə giriş və ekskursiya biletlərində qiymət dəyişikliyi ediləcək – BAHALAŞMA

TravelNews.Az-ın verdiyi xəbərə görə, may ayının 10-dan etibarən Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası muzeylərinə giriş və ekskursiya biletlərində qiymət dəyişikliyi ediləcək. Qız Qalasının kassalarından da bu xəbəri təsdiq ediblər. Qeyd edək ki, qiymətlərdə bahalaşma müşahidə olunacaq.
Yeni qiymətləri oxucularımıza təqdim edirik:
Məktəblilər üçün ( eyni zamanda xarici məktəbli)  – 0,20 AZN
Tələbələr üçün – 1.0 AZN
Xarici tələbələr üçün – 5.0 AZN
Yerli vətəndaşlar üçün – 2.0 AZN
Xarici vətəndaşlar üçün – 10.0 AZN
Ekskursiya biletləri
Məktəblilər üçün – 3.0 AZN
Tələbələr üçün – 5.0 AZN
Böyüklər (yerli vətəndaşlar ) – 10.0 AZN
Böyüklər (xarici vətəndaşlar və tələbələr ) – 20.0 AZN