div style='text-align: left;'> -->

5 Mayıs 2017 Cuma

Azərbaycan qastronomik turizmin populyar istiqamətlərinin ilk üçlüyündədir


“TurSat” analitik agentliyi rusiyalı turistlər üçün MDB və yaxın xarici ölkələr arasında populyar qastronomik istiqamətləri müəyyənləşdirib.  

Oxu.Az “TurSat”a istinadən xəbər verir ki, MDB ölkələrinə qastronomik turizm 2017-ci ildə Rusiyadan kənar turizmdə ən sürətlə inkişaf edən istiqamətdir. 
MDB və yaxın xaric ölkələrinin qastronomik turizm üçün populyar olan ilk beşliyinə Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan daxildir.   
Reytinq qastronomik turlara olan tələbatın təhlili əsasında hazırlanıb. 
“TurSat”ın məlumatına görə, rusiyalıların MDB və yaxın xarici ölkələrə qastronomik turları bir həftəlik səfərlərdən ibarət olur. 
Məsələn, Rusiyadan Azərbaycana və ya Gürcüstana 7 günlük səfər aviabilet ilə birgə orta hesabla 800 dollara, Qazaxıstana 900 dollara, Özbəkistana 1000 dollara başa gəlir.   
Qastronomik turizm – qastronomiya, yerli mətbəx və kulinar ustad-dərsləri vasitəsilə region və ya ölkə ilə tanışlıqdır.