div style='text-align: left;'> -->

HAQQIMDA

Zeynal Zeynallı adlı şəxsin şəkli.

Həyatı:
Bloqun sahibi Zeynal Zeynallı 2 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Əslən Gəncə şəhərindəndir. 

Təhsili:
1998-2009-cu illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında təhsil alıb. 
2009-2013-cü illərdə Bakı Avrasiya Universitetinin "Yaxın və Orta Şərq ölkələri üzrə Regionşünaslıq" fakültəsini bitirib.
2013-2014-cü illərdə Naxçıvan Muxtar Respublikasında, N saylı hərbi hissədə qulluq edib.

Fəaliyyəti:
2014-2015-ci illərdə "Çudo Peçka" mağazalar şəbəkəsində sobaçı vəzifəsində çalışıb.
2016-cı ilin aprel-iyul aylarında ''New Way Travel'' şirkətində ərəb qonaqlar üzrə bələdçi vəzifəsində çalışıb.
2016-cı ildə qurulan "Sultan STS" şirkətində Baş Menecer olaraq çalışır.

Nailiyyətləri:
2014-cü ilin oktyabrında Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Ərəb dili mətbuat və danışıq dili" seminarında fəal iştiraka görə sertifikatla təmin edilib.
2014-cü ilin dekabrında Azərbaycan Dillər Universitetində keçirilən "Nil Dostluq və Bilik Yarışması"nda 1-ci yerə layiq görülüb.
2015-ci ilin iyununda Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Ərəb dilində keçirilən seminarda fəal iştirak edib.
2016-cı ilin mayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında keçirilən xüsusi təlimdə fərqlənib və AFFA-nın rəsmi sertifikatı ilə təmin edilib.

İşgüzarlığı:
2017-ci ilin aprelində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində rəsmi işgüzar səfərdə olmuş və bir çox turizm şirkətlərləri ilə ikitərəfli əməkdaşlıq həyata keçirmişdir.

Subaydı.